Neymar “Barselona”dan PSJ-yə keçdiyinə görə peşmandır

Braziliyalı hücumçu Neymar “Pari Sen-Jermen”nin baş məşqçisi Unay Emerinin iş metodlarından razı deyil və “Barselona” klubundan getdiyi üçün təəssüflənir.
Milliqazet xəbər verir ki, bu barədə “Mundo Deportivo” Kataloniya televiziyasına istinadən məlumat yayıb. 25 yaşlı braziliyalı Barselona üçün darıxır. O, Parisdəki həyata öyrəşə bilməyib və yaxın ətrafı ilə özünü yeni yerdə komfortlu hiss etmir.
Qeyd edək ki, Neymar bu yay rekord məbləğdə pula – 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer olunmuşdu.