Löv Azərbaycanla oyunda ancaq qələbə istəyir

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Şimali İrlandiya (5 oktyabr) və Azərbaycana (8 oktyabr) qarşı keçirəcəkləri DÇ-2018-in seçmə mərhələsinin son iki oyunla bağlı fikirlərini bildirib.
Qrupdakı 8 oyunun hamısında qalib gəldiklərini xatırladan Löv ölkəsinin mətbuatına açıqlamasında digər iki matçda da qələbə qazanaraq yüzfaizli nəticə göstərmək istədiklərini söyləyib:
“Biz çox ağır qrupda oynadıq. Hədəfimiz 10 qələbədir. Əgər güclü tərəflərimizi göstərsək, buna nail ola bilərik. Azərbaycanla Kayzerslauterndəki matçda da qalib gəlib, seçmə mərhələni qələbə və gözəl oyunla başa vurmaq istəyirik”.