Van Persi 6 ay oynamaya bilər

"Fənərbaxça"nın futbolçusu Robin van Persi 6 ay yaşıl meydanlardan uzaqda qala bilər.
DÇ-2018-in seçmə mərhələsində Fransaya məğlub olduqları oyunda (0:4) zədələnən Hollandiya millisinin 34 yaşlı hücumçusunun tibbi müayyinədən sonra ayaq əzələsində yırtıq olduğu aşkarlanıb. Onun müalicəsinə başlanılıb.
Van Persinin uzun müddət yaşıl meydanlardan uzaq qala biləcəyi iddia edilib.