Boks üzrə dünya çempionu məşq zamanı ölüb

Boks üzrə dünya çempionu olan fransız Anjelik Dyuşman məşq zamanı ölüb. Qızın 26 yaşı var idi.
Idmançı Tyuir bələdiyəsində boks klubunda məşq edərkən halı pisləşib. Qıza ürək massajı edilir və sonra xəstəxanqaya çatdırılır. Lakin onun həyatını xilas etmək mümkün olmur.
Qeyd edək ki, Anjelik Dyuşman bu ilin may ayında dünya çempionu titulunu qazanmışdı.