Ramil Quliyev Berlində ikinci olub

Türkiyə atletika tarixinin ilk dünya çempionu, əslən azərbaycanlı Ramil Quliyev Berlindəki ISTAF Oyunlarında 100 metrdə ikinci olub.
Londondakı Dünya Atletika Çempionatında kişilər arasında keçirilən 200 metrlik qaçışda dünya çempionu olan Ramil Quliyev Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionunda keçirilən ISTAF Oyunlarında mübarizəyə 100 metrdə qoşulub.
O, yarışı 10.09 saniyə ilə ikinci sırada tamamlayıb.
Yarışı yamaykalı Culian Forte 9.91 saniyə ilə birinci başa vurub. Böyük Britaniyalı Adam Gemili isə 10.10 saniyə ilə üçüncü olub.