Berti Foqts videotəkrarın əleyhinə cıxdı: Futbola baxan olmayacaq

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya Bundesliqasında videotəkrar sisteminin (VAR) tətbiqinin əleyhinə olduğunu açıqlayıb.
71 yaşlı mütəxəssis sistemin mənasız olduğunu söyləyib. Onun fikrincə, 5-6 il sonra Bundesliqanın oyunlarına baxan olamayacaq: “VAR sisteminin indiki formada istifadəsinin heç bir mənası yoxdur. Biz bu gözəl idman növünü məhv edə bilmərik. Beş-altı il sonra Bundesliqanın oyunlarını heç kim izləməsə, buna təəcüblənməməliyik. Futbola gülünclüyünə görə baxılmamasına aparan yoldayıq”.
Qeyd edək ki, Berti Foqst 2008 - 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.