`Kopenhagen` - `Qarabağ` oyunu bu kanalda olacaq
Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq "Qarabağ" klubunun matçını yayımlayacaq kanalın adı məlum olub.
“Kopenhagen”lə səfərdə qarşılaşan təmsilçimiz sabah çətin sınaqdan keçəcək.
Avqustun 23-də keçiriləcək görüş “İdman Azərbaycan” kanalının efirində canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda təmsilçimiz rəqibi minimal hesabla (1:0) məğlub edib.










