Dəfələrlə məhkum olunan şəxslər yenə hakim qarşısında: "Çantanı əlindən alıb qaçdıq"

Sumqayıtda vətəndaşlara qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1982-ci il təvəııüdlü Əlibala Salahov və 1987-ci il təvəllüfdlü Sərdar Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı təyin edilib.
İttihama görə, Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qaldığını deyib.
Zərərçəkmiş şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasının zorla əlindən alındığını bildirib.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb.
Əlibala Dalahov deyib ki, onlar zərərçəkəni əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar.
Təqsirləndirilən Sərdar Cavadov isə ifadəsində törətdikləri soyğunçuluq cinayəti haqda danışatkən deyib ki, zərərçəkəni izlədikdən sonra məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçıblar.
"İçində 100 manat, sənədlər və maşın açarı var idi. Sonra çantanın içinə daş doldurub dənizə atdıq. Soyğunçuluq etmək təklifi Əlibala Salahov tərəfindən edildi"- deyə təqsirləndirilən şəxs bildirib.
Məhkəmə baxışı iyunun 5-nə təyin edilib.