Bakıda qadının plastik kartından 160 manat pul oğurlanıb

Bakıda qadın öz həmcinsinin çantasından oğurluq edib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Can Əliyevanın çantasından plastik kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.