Bakıda sürücü BakuBus-un qarşısını kəsdi, dava düşdü (VİDEO)

Bakı Nəqliyyat Agentliyi avtobus sürücüsü ilə avtomobil sürücüsü arasındakı mübahisənin görüntülərini yayıb.
Təqdim olunan videogörüntüdən də aydın olur ki, BakuBusa məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata ) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir.
Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir.
Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir.