Mağazadan 208 manatlıq oğurluq edən şəxs saxlanıldı - VİDEO

Saatlının Sarıcala kəndində oğurluq hadisəsi baş verib.
Hadisə kənd sakini Salman Eynullayevə məxsus mağazada baş verib.
Rayon polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində 208 manatlıq ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Sabirabad rayon Qalağayın kənd sakini Zahid Tağıverdiyev saxlanılıb.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.