Salyanda ər süfrəyə qatıq gətirməyən arvadını bıçaqladı

Bu gün Salyan rayonun Parça Xələc kəndində ər arvadını bıçaqlayıb.
Şirvan bürosunun məlumatına görə, 48 yaşlı kənd sakini Xankişiyeva Kəmalə məişət mübahisəsi zəminində 53 yaşlı həyat yoldaşı Xankişiyev İlyas Gülbaba oğlu tərəfindən bıçaqlanıb.
Belə ki, evdə nahar edən ər həyat yoldaşına süfrəyə qatıq gətirməsini tələb etdikdə qadın bildirib ki, evdə qatıq yoxdur. Belə olan halda ər əsəbiləşərək qadına bud nahiyəsindən bıçaqla zərbə endirib.
Kənd sakinlərinin bildirdiyinə görə, İlyas Xankişiyev vaxtilə müğənni olub, toylara gedirmiş. Amma son vaxtlar əsəb xəsrtəliyinə tutulub.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın çoxlu qan itirməsinə baxmayaraq, hazırda vəziyyəti tibbi yardım göstərildiyi üçün yaxşıdır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.