Ana iki uşağı ilə özünü qatarın altına ataraq intihar edib

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib.Hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.