Biznesmenin arvadına 9 il cəza istədilər - onu aldadan falçı qadın da tutulub

İş adamı Barat Abdullayevin arvadına cəza istənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində ərinə qarşı dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikah dövründə əldə olunan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
Bildirək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.ismayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir. Bu işlə bağlı yenilik isə ondan ibarətdir ki, T.Abdullayevanın ittiham etdiyi “falçı Səkinə” də artıq həbs edilib. O, da dələduzlquda təqsirləndirilir.