Namus üstündə arvadını öldürdü - Məhkəmə

Arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Əkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Əkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmə iyulun 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci martın 24-də Yasamal rayonu ''Qanlıgöl'' yaxınlığında baş verib.
Qeyd edilən ərazidə kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 14 bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.
Ə.Quliyev ifadəsində deyib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.