Kişi yenicə boşandığı arvadını bıçaqladı - Daşkəsəndə

Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.
Daşkəsən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib.
Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qaynatası gilə gedib. Orada hələki bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.
Saxlanılan şəxs E.Əliyev qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: "Məın o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəxt bıçağını götürüb özünü vurdu. Mənə şər atır mən onu vurmamışam."
Rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsədə hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.