Qızını yatdığı yerdə qətlə yetirən 52 yaşlı ataya ağır cəza kəsildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə ekspertizanın rəyi elan olunub. Ekspertiza ona görə təyin edilmişdi ki, təqdirləndirilən şəxsin psixoloji probleminin olib-olmaması müəyyənləşdirilsin.
Ekspertizanın rəyinə görə, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqlı olub və psixoloji problemlər yaşamayıb.
Hakim bildirib ki, N.Cabbarov cinayət hadisəsini törədən zaman anlaqlı vəziyyətdə olub.
Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında N.Cabbarovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra gökm elan edilib. Hökmə əsasən N.Cabbarov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası N.Cabbarov tutulub.
Qətlin namus üstündə törədildiyi deyilsə də məhkəmədə ifadə verən N.Cabbarov cəbhə bölgəsində aprel hadisələrində ermənilər tərəfindən atılan qrat 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürməsini bilmədiyini deyib.
O, Cinayət Məcəlləsi 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) və120.2.9-cu maddələri ilə ittiham olunur.