Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:30-da başa çatıb.