Bakıda ikimərtəbəli ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.