91 min manat mənimsəyən vəzifəli şəxsə şərti cəza verildi

Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən C.Əsgərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.
C.Əsgərov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt filialının sabiq müdri vəzifəsində çalışıb. O, həmin şirkətdə çalışarkan 91 min manat pulu mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi. C.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. Məhkəmə istintaqı dövründə C.Əsgərov dəymiş ziyanı ödəyib.