Salyanda ev yanıb

Salyanda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və yanar konstruksiyaları 57 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.