Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb.

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb.
Sakinlərin verdikləri məlumata görə, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti, “Dərnəgül” metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudurlar.
Sakinlər bildiriblər:
“Aidiyyatı qurumlardan xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə və parklarda itlərə görə rahat hərəkət edə bilmirik. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir”.