Həkim səhlənkarlığı: Vətəndaşın həyatı təhlükədə

Baku Medikal Plazanın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Mərkəz Filialının Qadın xəstəlikləri və doğum şöbəsinin həkimi Nigar Əsgərovanın hərəkətləri nəticəsində vətəndaşın sağlamlığına ağır və uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirilib.
İçxəbər xəbər verir ki, xəstəxanada cərrahiyə üsulu ilə həyata keçirilən doğuş əməliyyatı tam və düzgün icra edilmədiyi üçün vətəndaşa “aralıq nahiyyədə, daha çox sağda, ölçüləri 28x23x27 mm hissəvi boşalmış (hava qabarcıqları ilə) yığıntı-abses” ilə müşaiyət olunan xəsarət yetirilib.
Vətəndaş Nigar Əsgərovanın səhlənkarlığı nəticəsində sağlamlığa zərər vurması ilə bağlı müxtəlif orqanlara şikayətlər edib. Lakin Nigar Əsgərova himayəsində olduğu vəzifəli şəxslərin köməyindən və öz maddi imkanlarından istifadə edərək əməllərini davam etdirir.
Vətəndaş redaksiyamıza müraciət edərək Baku Medikal Plazanın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Mərkəz Filialının Qadın Xəstəlikləri və Doğum Şöbəsinin həkimi Nigar Əsgərovanın ümumiyyətlə həkim kimi səlahiyyətlərinin olub-olmamasının, həmçinin onun ətrafında olan və bütün bu özbaşınalıqları müdafiə edən vəzifəli şəxslərin kimliyinin araşdırılmasını xahiş edib.