İtkin düşən daha bir hərbçimizin Şəhid xəbəri gəldi – FOTO

Vətən müharibəsinin daha bir hərbçisinin 165 gün sonra nəşi müəyyən edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, sentyabrın 27-də başlayan II Qarabağ müharibəsinin qəhrəmanı, leytenant Abdullayev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.
Qeyd edək ki, Abdullayev İntiqam 1998-ci ildə Ordubadın Düylün kəndində doğulub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.