General-leytenant Rövşən Əkbərov həbs edildi

General-leytenant Rövşən Əkbərov həbs edilib.Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərləri münasibət bildirib.
Qurumun mətbuat xidmətinin sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərləri təsdiqləyib. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov Qarabağ müharibəsinin iştirakçısı kimi məşhur 777 saylı hərbi hissənin komandiri olmuş, daha sonra Müdafiə Nazirliyində Kadrlar və Hərbi Təhsil idarəsinin rəis müavini vəzifələrində xidmət keçmişdir.
O, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Akademiyasını da bitirib. Yarandığı gündən Bakı hərbi birləşməsinin komandiri olub. Azərbaycanın Milli Qəhrəmanidır. General Rövşən Əkbərovun adı eyni zamanda bir neçə dəfə yerli mətbuatda müdafiə naziri postuna ən real namizədlərdən biri kimi səslənmişdir.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.