Milli Məclisin deputatı Səttar Möhbalıyevin oğlu, Əli Həsənovun kürəkəninə töhmət verildi

Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbalıyevə töhmət verilib.
İsfəndiyar Möhbalıyev işində nöqsanlara yol verib. Buna görə də daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Möhbalıyevə töhmət elan edilib.
Qeyd edək ki, İsfəndiyar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.