İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldılar

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıblar.
İÇxəbər xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.
Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi – baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi – baş mühasibi Göyüş Muradov vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınmışdı.