Bu rayonda avtomobillərin hərəkəti çətinləşib
Kəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb.
İÇXƏBƏR report-a istinadən məlumatına görə, qarın yağması nəticəsində rayon ərazisindəki avtomobil yolları buz bağlayıb.
Bu səbəbdən nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.
Qeyd edək ki, hazırda rayon ərazisində mənfi 4 dərəcə şaxta var, qarlı hava şəraiti davam edir.










