DƏHŞƏT: Sevgilisini 12 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRDİ

Türkiyədə kişi 15 illik sevgilisini 12 bıçaq zərbəsi ilə qətlə yetirib.
"İç xəbər" Sonxeber.az-a istinadən xəbər verir ki, Seyfəddin Eyrilməzlə birlikdə yaşadığı 43 yaşlı Dilək Yüksəl arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb Dilək Yüksəlin anasında qalan miras olub.
Mübahisə zamanı Seyfəddin Eyrilməz sevgilisini vəhşicəsinə döyməyə başlayıb. Daha sonra isə əlindən qaçmaq istəyən Dilək Yüksələ 12 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Polislər tərəfindən saxlanılan Seyfəddin Eyrilməz hakim qarşısına çıxarılıb və 24 il azadlıqdan məhrum edilməsi istənilib.