Nərimanovda gənc qadın özünü hündürmərtəbəli binadan atdı

Bakıda qadın intihar edib.
Hadisə Nərimanov rayonu, Heydər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb.
Qadın hadisə yerində həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.