Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib YENİLƏNDİ 3

Türkiyədə Rusiyanın yük gəmisi batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bartın vilayətinin valisi bildirib.
Vali Sinan Güner deyib ki, Qaradənizin Bartındakı İnkumu rayonu sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.
“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.
***
Türkiyə Rusiyanın Qara dəniz sahillərində batmış gəmisinin 3 heyət üzvünü xilas edib.
Bu barədə Bartın əyalətinin qubernatoru Sinan Güner bildirib.
"Batmış Rusiya gəmisinin 3 heyət üzvü xilas edilib", - qubernator deyib.
****
Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.
Bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.
"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - o deyib.
Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.
****
Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.
Bartın Valisi Sinan Güner, Qara dənizdə batan gəmidəki digər heyətin də xilas olunma işləri davam edir.
“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib: