İtkin düşən daha bir əsgərimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.
"İç xəbər" yenisabah-a istinadən xəbər verir ki, söhbət Masallının Ərkivan qəsəbə sakini 23 yaşlı Sənan Seyfullayevdən gedir. S.Seyfullayev bu
gün doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Bildirilir ki, onun nəşi 71 gündən sonra tapılıb. Allah rəhmət eləsin.