Ermənilər Kəlbəcəri yandırır( FOTO)

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin arasında imzalanmış atəşkəs bəyannaməsinə əsasən Kəlbəcərdən çəkilməli olan erməni hərbi qüvvələr, eləcə də bu torpaqlarda qanunsuz məskunlaşmış mülki ermənilər gedər ayaq yeni-yeni yamanlıqlar etməkdən çəkinmirlər.
Döyüş meydanında rüsvayçılıqla məğlub olmuş bu hikkəli adamlar ekoloji terror aktları törədərək meşələri yandırır, yaşadıqları evləri dağıdır, kəlbəcərlilərə abad yaşayış massivi və normal təbiət buraxmaq istəmirlər.