Ramiz Mehdiyevin kürəkənini və yeni qohumunu belə qandalladılar

Xəbər verildiyi kimi, bu gün Abşeron rayon məhkəməsi sabiq deputat, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə 15 sutka inzibati cəza kəsib. İlham Əliyevin və onunla birlikdə eyni cəzaya məruz qalan Rövşən Mustafayevin təqsiri bağ evində övladlarına toy edərək, xüsusi karantin qaydalarını kobud şəkildə pozmaq, qanunlara və dövlətə meydan oxumaqdır.
Musavat.com sabiq deputatın və onun yeni kürəkəninin məhkəməyə qolu qandallı gətirilməsini əks etdirən video əldə edib. Həmin videoları təqdim edirik.