"Zerkalniy" nomrə ilə əks yola çıxan sürücü

17 avqust, 18:30 radələrində, Akim Abbasov küçəsində 90 ZB 700 DQN-lı Niva markalı avtomobilin sürücüsünün hərəkətin sıx vaxtı 1.3 nişanlanma xəttinin tələbini tam pozub əks yola çıxdığı YPX.AZ kameralarına düşüb. Svetoforun qırmızı işığının yanmasına baxmayaraq sürücü "STOP" xətti də keçib. Hərəkət zamanı sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi də diqqətdən yayınmayıb.