Qonşusunu döyüb öldürənə 14 il cəza istənildi

Qonşusunu döyüb öldürən şəxsə ağır cəza istənildi.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə iclası martın 12-nə təyin edilib.
Hadisə ötən il Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.