Keçmiş məhkumu öldürən şəxs hakim qarşısında

Keçmiş məhkumu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 13-nə təyin edilib.
Hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkumluq həyatı yaşayıb. Onun tüfeyli həyat sürdüyü bildirilir.