Yeyib-içdikdən sonra dostunu öldürən şəxs hakim qarşısına çıxarılıb

Dostunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən 1964-cu il təvəllüdlü Çobanov Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmənin hazırlıq iclasında təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirməkdə təqsirləndirilir.
Onlar yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqla zərbə endirib. B.Çobanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.