Abşeronda 56 yaşlı kişi intihar edib

Abşeronda intihar hadisəsi baş verib.
Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Şıxəhmədov Əlizadə Vəkil oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.