22-ci mərtəbədən özünü ataraq intihar etdi

Bakının Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb. O, hadisə yerində keçinib.
Hadisə “Tri Karona” adlanan binaların yerləşdiyi ərazidə qeydə alınıb. İntihar edən şəxs 22-ci mərtəbədən “Araz” marketin qarşısında dayanmış avtomobilin üzərinə atıb.