Oğuzda 27 yaşlı qadın intihar edib

Oğuzda iki uşaq anası intihar edib.
Yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Qəribə Mikayılovanın istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.