4 uşağının anasını öldürənə 18 il cəza verildi

Məhkəmənin hökmü ilə R.Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror R.Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ramin Şükürov məhkəmədə iddia edib ki, öldürdüyü həyat yoldaşı telefonda başqa kişi ilə danışırmış.
Qeyd edək ki, qətl hadisəsi Sumqayıtda Corat qəsəbəsində baş verib.
4 uşaq anası keçmiş əri tərəfindən öldürülüb. Şəhər sakini 35 yaşlı Ramil Şükürov, keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 19 bıçaq zərbəsi vurub. Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu məlum olub. Hadisəni törədən Ramil Şükürov xanımından bir müddət əvvəl ayrılıb. O, aliment vermədiyi üçün icraçıların onu axtarmasından bezərək arvadını hücum edərək onu qətlə yetirib.