Güləşçini öldürən şəxs hakim qarşısında

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Alıyev Loğman Əli oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
O, dostu Elçin Tapdıqovu öldürməkdə ittiham edilir.
Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Baxış iclası yanvarın 24-ə təyin edilib.
Loğman Əliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə ittiham edilir.
Məlumata görə qətlə yetirilən şəxs peşəkar güləşçi olub.