Lombardda çalışan şəxsə qarşı quldurluq edən dəstə üzvlərinin apellyasiya şikayətləri təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı şəhər sakini Pərvin Əliyev 102 xidmətinə məlumat verib ki, çalışdığı Lombarddan işdən evə gedən zaman naməlum şəxslər ona hücum edib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.
Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Əliyevin 7 min manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar.
Dəstə üzvləri hadisə yerinə Surxay Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat pul veriblər. Dəstə üzvlərinə Pərvin Əliyevdə külli miqdarda pul olması barədə məlumatı isə Namid Aydınov verib.
Məlum olub ki, onlar Lombardın qarşısında uzun müddət gözləyiblər . Pərvin Əliyev işdən çıxan kimi onun maşına basıb əl qolhnu bağkayaraü qaz balondan istifadə ediblər. Daha sonra omun pulu götürüb, hadisə yerindən çıxıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 9 il 4 ay, T.Ağahüseynov 9 il, N.Aydınovla R.Azadovun hər biri isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.