Belçikada banan yeşiklərində yeddi ton kokain tapıldı

Belçika gömrük əməkdaşları Antverpen limanında banan yeşiklərində gizlədilmiş yeddi tona yaxın kokaini müsadirə ediblər.
Bu barədə “Brussels Times” nəşri yazır.
Nəşr qeyd edir ki, belçikalı gömrükçülər kokaini ötən şənbə, dekabrın 30-da aşkar ediblər.
Ehtimal olunur ki, narkotik vasitə Niderlanda çatmalı idi.
Hazırda yükün haradan gəlməsi araşdırılır.