Hadisə yerindən qaçan sürücü saxlanıldı

Dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulmuşdur. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, ona ilkin tibbi yardım göstərilmişdir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü - Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir.
Araşdırma aparılır.