Qəza törədib qaçan sürücü saxlanıldı

Dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətindən Milliqazetä verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən qeyd edilən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.