Toyda yeyib-içəndən sonra adam öldürən şəxsə ağır cəza

Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Milliqazet xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən Ramik Aydabəyov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib.
46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içiblər. Daha sonra onlar arasında mübahisə düşüb.
Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə arxası ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib.
İ.Ulubəyov şah damarından kəsilmiş yara alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda qanitirmədən ölüb.
Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.