Keçmiş arvadını 17 bıçaq zərbəsi ilə öıdürən şəxs hakim qarşısında
Keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Baxış iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Sumqayıtın Corat qəsəbəsində baş verib.
4 uşaq anası keçmiş əri tərəfindən öldürülüb. Şəhər sakini 35 yaşlı Ramil Şükürov, keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi endirib. Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu məlum olub. Hadisəni törədən Ramil Şükürov özü könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi olduğu kimi etiraf edib.










