"Təkid elədi ki, onunla cinsi əlaqə olum"- cinsi azlıqların cinayət işi

Cinsi azlıq nümayəndəsi hakim qarşısına çıxarılıb. O, adam bıçaqlamaqda ittiham edilir. Hadisəyə səbəb isə bıçaqlanan şəxsin cinsi azlıq nümayəndəsi olan 21 yaşlı gənclə cinsi əlaqədə olmaq istəməsi imiş.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü İslamov Kamran Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Kamran İslamov cinsi azlıq nümayəndəsidir. O, özü də bunu etiraf edib.
Posesdə məhkəmə istintaqının başladığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə Murad Həsənovun Kamran İslamovun atasına 50 manat borclu olması olub.
Hadisə ilə bağlı ittihamda yazılır ki, Kamran usta işləyən atasının 50 manatını Muraddan tələb edib. Amma Murad pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. Kamran cibində olan bıçaqla Murada zərbə endirərək oradan qaçıb.
Elan olunan ittihamla Kamran İslamov özünü qismən təqsirli bilib və söyləyib ki, Muradı bıçaqlamasına səbəb 50 manat olmayıb.
O, istintaq zamanı müstəntiq tərəfindən belə bir səbəb yazıldığını deyib.
K.İslamov iddia edib ki, müstəntiq Murad Həsənovun ona qarşı etdiyi zorakılıq hərəkətini gizlətmək üçün belə bir ittiham yazıb.
Məhkəmədə məlum olub ki, Kmran İslamovun atası Arif İslamov da istintaqda eyni məzmunlu ifadə verib və hadisəyə səbəb kimi 50 manat borcu göstərib.
Amma məhkəmədə işlə bağlı ilginc məqam üzə çıxıb. Belə ki, K.İslamovun istintaqdakı ilk ifadəsi elan edilib və onun hadisənin əsas səbəbini danışdığı məlum olub.
K.İslamov həmin ifadəsində deyib ki, M.Həsənov ona zəng edərək görüşmək istəyib: "Murad Həsənov özü zəng edib məni görüşə çağırıb. Məqsədi isə cinsi əlaqədə olmaq idi. Mən etiraz elədim. Dedi ki, "əgər istəmirsənsə, get ananı, bacını gətir". Cibimdə olan bıçağı çıxarıb onu vurdum".
Hakimin təqdirləndirilən şəxsə suallarından və cinayət işindəki materiallardan məlum olub ki, K.İslamov növbəti ifadəsini dəyişib və hadisəyə səbəb 50 manata görə mübahisə olub.
Məhkəmədə o da məlum olub ki, Kamran İslamov yaşadıqları qəsəbədə bir neçə nəfərlə cinsi əlaqədə olub.
Cinsi azlıq nümayəndəsi olduğunu etiraf edən K.İslamov M.Həsənovla görüşə getmək istəməsinin səbəbini belə izah edib: "Əvvəlcə razı idim. Sonra fikrimi dəyişdim. Təkid elədi ki, onunla cinsi əlaqə olum. Şalvarı aşağı çəlkdim. Amma sonra fikrimi dəyişdim. Etiraz edəndə məni hədələdi və təhqir elədi".
K.İslamov ifadəsində M.Həsənovun ona bıçaq çəkdiyini və bıçağı onun əlindən aldığını deyib. Amma sonra o, ifadəsini dəyişərək bıçağı cibində gəzdirdiyini və cibindən çıxararaq Murad Həsənovu vurduğunu söyləyib. O, hadisədən sonra bıçağı polisə təhvil verdiyini bildirib.
O da məlum olub ki, K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb.
Qeyd edək ki, zərərçəkmiş kimi tanınan M.Həsənov məhkəmə iclasında iştirak etməyib. Təqsirləndirilən Kamran İslamov deyib ki, Muradın özünü cinayət məsuliyyətinə cəlb edilməlidir.
Hakim qeyd edib ki, məhkəmə M.Həsənovun əməllərinə də hüquqi qiymət verəcək.
Növbəti məhkəmə prosesi noyabrın 7-də keçiriləcək.
Hakim qeyd edib ki, təqsirləndirilən Kamran İslamovun atası Arif İslamovun məhkəmədə dindirilməsi zəruridir. Çünki o, oğlunun Muradı bıçaqlamasına səbəb kimi 50 manat borc pul məsələsini göstərib. Amma məhkəmədə hadisənin başqa səbəbdən baş verməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Bu onun ilk məhkumluğudur.